Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
İDMAN

Zabit Səmədovun qələbə çıxışı: Kimlərə təşəkkür etdi? - Video

<b>Zabit Səmədovun qələbə çıxışı: Kimlərə təşəkkür etdi? - Video</b>

Azərbaycanlı K-1 ustası Zabit Səmədov Moskvada keçirilən döyüşdə qazandığı qələbəni Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinə həsr edib

10:19
Bu barədə “King of King” versiyası üzrə çempion olan həmyerlimiz döyüşdən sonrakı çıxışında bildirib.
O, turnirin təşkilatçısı Emin Ağalarova və Çeçenistan lideri Ramzan Kadırova təşəkkürünü bildirib:
“Mənim üçün çox çətin oldu. Çünki sizin və bir çox azarkeşlərimin, doğmalarımın, əzizlərimin qarşısında məsuliyyət daşıyırdım. Hər kəsə minnətdaram. Düzünü desəm, gecə yata bilməmişəm. Səhər saat 8-də yatıb, 11-də oyandım. Ola bilər bu da təsir göstərsin, ancaq qələbə - qələbədir, qalibləri mühakimə etmirlər. Çox sağ olun. Mən Stiven Siqala da təşəkkürümü bildirmək istəyirəm.
"JARA Fight Show" promouter şirkətinin prezidenti və gecənin təşkilatçısı qardaşım Emin Ağalarova təşkilatçılığa və etdiyi hər şeyə görə təşəkkür edirəm. Kişi dostluğu qaya kimidir və bütün bunlar dostluğu xatırladır. Sizə və turnirdə əməyi keçən hər kəsə təşəkkür edirəm. “Əhməd” klubuna, mənim böyük və əziz qardaşım Ramazan Kadırova da təşəkkür edirəm. Yəqin ki, indi döyüşə baxıb və çox həyəcan keçirir. Ona salam göndərirəm. Salam alekyum, qardaş, səni çox istəyirəm və hörmət edirəm! Kikboksinq və Çeçenistan Respublikası üçün etdiklərinə görə çox sağ ol. “Əhməd” - gücdür! Allahu Əkbər!” - Səmədov bildirib.
Daha sonra Avropa çempionu onu dəstəkləmək üçün arenada toplaşan azərbaycanlılara təşəkkür edib və qazandığı parlaq qələbəni Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinə həsr etdiyini söyləyib.
“Hər kəsə, bütün azərbaycanlılara öz minnətdarlığımı bildirirəm. Bu qələbəni Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr etmək istərdim. Yaşasın Azərbaycan! Qoy Azərbaycan bizim Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında çiçəklənsin. Biz onu dəstəkləyir, hörmət edir və inanırıq ki doğru yolla addımlayırıq. İlhamla irəli!”
Xatırladaq ki, ötən gecə baş tutan qarşılaşmada Zabit Səmədov fransız rəqibi Freddi Kemayoya 5 dəqiqə davam edən görüşdə 50:46 hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib.
Qələbədən dərhal sonra Çeçenistan lideri Ramzan Kadırov onu təbrik edib.
“Əziz qardaşım, dünyanın ən yaxşı döyüşçülərindən biri, “Əhməd” kikboksinq klubunun rəhbəri “Mauqli” ləqəbli Zabit Səmədovu parlaq qələbə münasibətilə təbrik edirəm. O, Moskvada keçirilən kikboksinq üzrə “Jara Fight Show” turnirinin əsas döyüşündə fransız döyüşçü Freddi Kemayonu hakimlərin yekdil qərarı ilə məğlub edib. Beləliklə, Zabit Səmədov layiq olduğunu aldı - “King of Kings” versiyası üzrə Avropa çempionu tituluna sahib oldu. Biz qardaşımızın bu qarşılaşmada uğur qazanacağına şübhə etmirdik. O, kikboksinq dünyasında ən güclü döyüşçü olaraq qaldığını bir daha sübut etdi. Zabit Səmədovu gözəl və inamlı qələbə münasibəti ilə təbrik edirəm! Möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirəm”, - Kadırov bildirib.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv