Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
HADİSƏ

Ölkədə kişilərin sayı artıb, əslində isə…

<b>Ölkədə kişilərin sayı artıb, əslində isə…</b>

Son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti demək olar ki, bərabərləşib

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında deyib.
Komitə sədrinin müavini bildirib ki, hazırda dünyanın bir sıra aktual problemlərindən biri uşaqların cinsə görə nisbətinin pozulmasıdır:
"Təəssüflər olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti demək olar ki, bərabərləşib. Hazırda əhalinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir. Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər, bu disbalans təbii sürətdə baş verirsə, müdaxilə etmək düzgün olmazdı. Təəssüf ki, bu proses bir çox hallarda təbii sürətdə baş vermir".
Sədaqət Qəhrəmanova bildirib ki, problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması, səhiyyə xidmətlərinin inkişafı vacibdir: "Xüsusi ilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə bağlı (ailə planlanması, arzu edilməyən hamiləlikdən qorunmaq, süni mayalanma və s.) maarifləndirmə kampaniyalarının keçirilməsi zəruridir".
Sədr müavini qeyd edib ki, son illər uşaqlar arasında cins nisbətinin balanslaşdırılması üzrə aparılan tədbirlər öz müsbət nəticəsini verməkdədir: "2015-ci ildə hər 100 qıza 117 oğlan düşürdüsə, 2016-ci ildə yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv