Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Putinin Bakı layihəsinə gözlənilməz reaksiyasının – Səbəbi

<b>Putinin Bakı layihəsinə gözlənilməz reaksiyasının – Səbəbi</b>

Putinin bu bəyanatı Bakıya edilən diplomatik jest kimi qəbul edilməlidir

Bunu Axar.az-a Rusiya liderinin Cənub Qaz Dəhlizi ilə bağlı fikirlərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Putinin gözlənilməz reaksiyasınının səbəbini Cənubi Qaz Dəhlizi layihəsinin dünyanın aparıcı dövlətləri tərəfindən ciddi surətdə müdafiə edilməsi ilə izah edib:
“Rusiya qazına ən azı ABŞ səviyyəsində ciddi müqavimət var. Söhbət Baltik dənizinin dibindən Almaniyaya çəkilməsi nəzərdə tutulan “Şimal axını”ndan gedir. Artıq Rusiyanın qaz vasitəsilə dünyada siyasi məqsədləri diqtə etmə dövrü başa çatır. Çünki Azərbaycan qazı rus qazına alternativ kimi Avropa bazarlarında möhkəmlənir və avropalıların yeni seçim imkanı yaranır. Belə şəraitdə CQD-ni təqdir etməkdən başqa fərqli fikir səsləndirmək Rusiya başçısı üçün xoş təəssüratlar oyatmazdı. ABŞ başda olmaqla, Qərb dünyası Qərbi Avropanın mavi yanacaqla təmin edilməsində birmənalı olaraq lazım gələrsə, türkmən qazını da buraya əlavə etməklə Cənub Qaz Dəhlizi layihəsinə hər cür dəstək verəcəyini bildirdi. Bu layihə Avropa üçün çox böyük əhəmiyyətə malikdir. Beləcə, Rusiya Avropada ölkəmizə verilən dəstəyin şahidi oldu”.
Politoloq qeyd edib ki, TANAP-ın gerçəkləşdirilməsində Türkiyənin göstərdiyi səylər danılmazdır:
“Çünki qazın əhəmiyyətli hissəsi həm də Türkiyənin ehtiyaclarını ödəyəcək. Rus qazına nisbətən Türkiyə Azərbaycandan daha ucuz qiymətə qaz almaq imkanlarına sahib olacaq. Artıq iyunun 12-də Azərbaycan qazının böyük hissəsi Türkiyəyə, oradan isə Yunanıstan və Adriatik dənizindən keçməklə İtaliyanın cənub hissəsinə göndəriləcək. Azərbaycan “Şahdəniz-2” layihəsi çərçivəsində 2020-ci ildə Avropaya qaz hasilatını 20 milyard kubmetrə çatdıracaq. Üstəlik, gələcəkdə türkmən qazının Transxəzər qaz kəməri vasitəsilə TANAP-a qoşulması ideyası da var. Türkmənistan tərəfi buna tam şəkildə razıdır. Sadəcə, Rusiya türkmən qazının Azərbaycan ərazisindən Avropaya çıxarılmasına maneə törədir. Ancaq Azərbaycanın qaz hasilatı imkanları artır. Çünki yeni potensial neft, qaz yataqları aşkarlanıb. Bu yataqların təxminən 2023-cü ilə qədər hasilatının təmin edilməsi istiqamətində gərgin işlər gedir. Bu fonda hesab edirəm ki, Azərbaycan qaz hasilatını Türkmənistanın köməyi olmadan da daha böyük miqdarda həyata keçirə bilər. Hər halda Türkiyə başda olmaqla, Avropa ölkələri Azərbaycan qazının rus qazını qabaqlamasını məmnuniyyətlə qarşılayır”.
Politoloq onu da əlavə edib ki, Rusiya bütün Avropa ölkələrini qazla təmin etmək iqtidarında deyil:
“Məsələn, Rusiya ilk variantda Türkiyədən deyil, Bolqarıstandan Avropaya keçmək istəyirdi. Ancaq Bolqarıstan buna icazə vermədi. Yəni Azərbaycan qazı fonunda Avropa ölkələrində də rus qazına qarşı bir müqavimət var. Monteneqro, Albaniya, İtaliya, Yunanıstan, eləcə də Türkiyə Azərbaycan qazını istəyir. Bu isə Rusiyanı reallıqla barışmağa məcbur etdi”.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsini və Avropa bazarına enerji nəqlində diversifikasiyanı alqışladığını bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv