DÜNYA
Paşinyan Sərkisyanın mətbuat katibinə vəzifə verdi

Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin sədr müavini vəzifəsinə Vladimir Akopyanı təyin edib
Vladimir Akopyan 1982-ci ildə İrəvanda anadan olub. 2006-cı ilə qədər o, Ermənistan Silahlı Qüvvələrinin kompüter mərkəzində texniki operator işləyib və gizir rütbəsində olub. 2006-cı ildən 2015-ci ilə qədər Akopyan gözlənilmədən Ermənistan Milli Təhlükəsizlik Xidmətinə cəlb edilib və burada mayor rütbəsinə qədər yüksəlib.
2015-ci ildə isə o, Serj Sərkisyana mətbuat katibi təyin edilib.