Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
QHT XƏBƏR

AVCİYA məktəblilər və məktəb psixoloqları üçün təlimlərə başladı

<b>AVCİYA məktəblilər və məktəb psixoloqları üçün təlimlərə başladı</b>

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Orta məktəb şagirdləri və psixoloqları üçün təlimlərin təşkili” layihəsinin icrasına başladı

AVCİYA bu layihə ilə məktəblilərin psixoloji reabilitasiyasını, onlara psixologiya elminin predmeti və vəzifələrinin çatdırılmasını, məktəblərdə psixoloqların rolunun artırılmasını, məktəblilərdə özünüdərkin inkişaf etdirilməsi, onların fərdi xüsusiyyət və keyfiyyətlərini ifadə etmələrinə şərait yaradılmasını planlaşdırır.
Bu məqsədlə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Bakı şəhərində yerləşən orta məktəblərdə təhsil alan ümumilikdə 400 məktəbli, eləcə də məktəb psixoloqları üçün təlimlər keçiriləcəkdir. Təlimlərdə “psixologiya elmi nəyi öyrənir və psixi proseslər haqqında anlayış”, “mən dünyanı necə dərk edirəm, hisslər və onların əhəmiyyəti, ünsiyyət zamanı mimika və pantomimika, ünsiyyət və ona olan ehtiyac, ünsiyyət və münaqişə”, “mən kimdir? Fərdi və şəxsiyyət, temperament və xarakter”, “qabilliyyətlərim, şəxsiyyət, fərd, fərdi xüsusiyyətlər nədir?”, “uşaq və yeniyetmələrin əsas psixoloji problemləri, özünüaktuallaşdırma, stress, depressiya, aqressiya, psixoloji tənhalıq” və sair bu kimi mühüm mövzular, habelə təhsilin insan həyatında rolu, təhsilə marağın vacibliyi məsələləri müzakirə ediləcək.Təlimlərdə qrup işi, əqli həmlə, mini mühazirə, müxtəlif psixoloji çalışmalar, rol oyunları kimi metodlardan istifadə ediləcəkdir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv