Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
SİYASƏT

Tiflis Paşinyana razılıq verməyəcək – Vahid Əhmədov

<b>Tiflis Paşinyana razılıq verməyəcək – Vahid Əhmədov</b>

Azərbaycan torpaqları işğaldan azad olunana qədər heç bir dəmir yolunun açılmasından söhbət gedə bilməz

Bu sözləri açıqlamasında Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
“Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun istifadəyə verilməsi ilə bağlı söhbətlər çoxdandır ki, gedir. Ermənistan çalışır ki, bu yol açılsın. Çünki sözügedən dəmiryolu açılsa, Rusiya ilə əlaqələr daha da genişlənə, yükdaşımalar və digər məsələlər həll oluna bilər. Ancaq Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. Həmin dəhlizin açılması Bakı-Tiflis əlaqələrinə mənfi təsir edə bilər. Ona görə də inanmıram ki, Gürcüstan belə bir addım atsın. Azərbaycan torpaqları işğaldan azad olunana qədər heç bir dəmiryolunun açılmasından söhbət gedə bilməz”, - deputat bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Tiflisdə səfərdədir. Onun Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılması məsələsini müzakirə edəcəyi iddia edilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv