Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
DÜNYA

Şok: 80-ci ildə vurulan sovet təyyarəsinin pilotu sağ tapıldı

<b>Şok: 80-ci ildə vurulan sovet təyyarəsinin pilotu sağ tapıldı</b>

Əfqanıstanda 80-ci illərdə vurulan sovet təyyarəsinin indiyə qədər itkin sayılan hərbi pilotu sağdır və bu ölkənin ərazisindədir

Bu sözləri Rusiya Desantlar İttifaqının rəhbəri, Sovet İttifaqı Qəhrəmanı general-polkovnik Valeri Vostrotin deyib.
“80-ci illərdə Əfqanıstan ərazisində vurulmuş sovet təyyarəsinin pilotu tapılıb. O, hələ də sağdır. Bu çox təəccüblüdür. İndi biz yalnız maliyyə yardımına deyil, eyni zamanda, inzibatı dəstəyə, ictimai təşkilatların köməyinə və diplomatik səylərə ehtiyac duyuruq”, - Vostrotin bildirib.
General informasiyanın məxfiliyini qorumaq məqsədilə pilotun adını açıqlamayıb.
Qeyd edək ki, 1979-1989-cu illər arasında Əfqanıstan ərazisində Sovet İttifaqınını 125 hərbi təyyarəsi vurulub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv