Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
DÜNYA

Tiflisdə metro iflic oldu: kütləvi tətil başladı

<b>Tiflisdə metro iflic oldu: kütləvi tətil başladı</b>

Tiflis metropoliteninin maşinistləri kütləvi tətilə başlayıblar

Bu barədə məlumatı “Sputnik” agentliyi yayıb. Agentlik maşinistlərin hökumətdən əmək haqlarının artırılmasını istədiklərini bildirib. Tətili maşinistlərin həmkarlar ittifaqı olan “Ertoba 2013” təşkil edib. Maşinistlər tələbləri yerinə yetirilməyənə qədər etiraz edəcəklərini açıqlayıblar.
Etiraz aksiyası artıq metropolitenin fəaliyyətini iflic edib. Tiflis meri Kaxa Kaladze isə maşinistlərin etirazını kəskin tənqid edən bəyanat yayıb. O, bu etirazları Gürcüstan xalqına qarşı şantaj adlandırıb.
Kaladze maşinistlərin tətili zamanı əhalinin avtobuslardan pulsuz istifadə edə biləcəklərini deyib.
Qeyd edək ki, Tiflis Metropoliteninin maşinistlərinin sayı 240 nəfərdir. Onların hazırda hər saatı üçün əmək haqqı 7 laridir (2,8 dollar). Maşinistlər əmək haqlarının 10 lariyə qədər (4 dollar) artırılmasını istəyirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv