Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
SİYASƏT

Paşinyan proqramını müzakirəyə çıxarır: Nələr yazılıb?

<b>Paşinyan proqramını müzakirəyə çıxarır: Nələr yazılıb?</b>

Ermənistan hökumətinin proqramında yeni heç nə yoxdur

Bu sözləri Ermənistanın hökumətinin 7 iyunda parlamentin müzakirəsinə çıxarılacaq proqramını şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi proqramın xarici siyasət hissəsinə diqqət çəkib:
“Ermənistan yenə Dağlıq Qarabağ təmsilçilərinin danışıqlarda iştirakını irəli sürür. Digər tərəfdən, Paşinyan Rusiya ilə müxtəlif sahələrdə strateji tərəfdaşlığı davam etdirəcək. Proqramda ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyindən də danışılır. Digər maraqlı məqam proqramda Ermənistanın Gürcüstan və İranla əməkdaşlığını dərinləşdirməsinin vacibliyinin göstərilməsidir. Uzaq Çin, Hindistan və Yaponiya ilə siyasi və iqtisadi ələqələrin inkişafı vacibliyi də unudulmayıb. Bütün bu maddələr Nikol Paşinyanın devirdiyi Serj Sərkisyanın proqramında da olub. Guya Serj Sərkisyan Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəmirdi və ya qonşuları Gürcüstan və İranla əməkdaşlığa önəm vermirdi? Bütün bunlar belə Ermənistan iqtisadiyyatını və Serj Sərkisyanı xilas etmədi”.
Politoloq qeyd edib ki, əsas proqram deyil, Paşinyanın atacağı addımlara Rusiyanın necə reaksiya verəcəyidir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv