Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
HADİSƏ

Rəisin karxanasında “sirli ölüm” – AAYDA aydınlıq gətirdi

<b>Rəisin karxanasında “sirli ölüm” – AAYDA aydınlıq gətirdi</b>

Bizim belə bir idarəmiz yoxdur. Hansısa idarəmizdə isə bu günlər ərzində heç bir ölüm hadisəsi baş verməyib

Bu sözləri Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Agentliyin İmişli rayon Çaxırlı kəndində yerləşən idarəsində iş zamanı ölüm hadisəsinin baş verməsilə bağlı danışarkən deyib.
A.Nəcəfli bildirib ki, sözügedən rayonda Agentliyin heç bir qum-çınqıl karxanası mövcud deyil:
“Yayılan xəbərdə bildirilib ki, İmişli rayon Çaxırlı kəndində yerləşən və "Azəravtoyol" ASC-nin Regional Yol Təmiri İdarəsinin rəisi Şükür Astanova məxsus qum-çınqıl karxanasında ölüm hadisəsi baş verib. Halbuki Agentliyin elə bir idarəsi yoxdur. Düzdür, Şükür Astanov bizdə çalışır. O, hazırda 6 nömrəli Magistral Yolların istismarı MMC-nin direktorudur”.
A.Nəcəfli həmçinin əlavə edib ki, Agentliyin tabeliyində olan qurumların heç birində bu günlər ərzində istehsalatda ölüm hadisəsi qeydə alınmayıb.
Qeyd edək ki, “Demokrat.az” saytının məlumatına görə, İmişli rayon Çaxırlı kəndində yerləşən və AAYDA-nın Regional Yol Təmiri İdarəsinin rəisi Şükür Astanova məxsus qum-çınqıl karxanasında ölüm hadisəsi baş verib.
Qohumuna kömək məqsədilə karxanaya gələn şəxsin başına dəmir düşüb. Hadisə nəticəsində həmin şəxs yerindəcə keçinib. Cəsəd təcili olaraq ərazidən uzaqlaşdırılıb və gecə ilə də dəfn edilib. Məlumata görə, mərhumun bütün xərclərini Şükür Astanov öz üzərinə götürüb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv