Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
HADİSƏ

Gömrükçülər siqaret və pirotexniki vasitə aşkarladılar

<b>Gömrükçülər siqaret və pirotexniki vasitə aşkarladılar</b>

Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və gömrük baxışı keçirilib

DGK-dan verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi "Mitsubishi Pajero io" markalı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük baxışı zamanı, avtomobilin yanacaq çəninin içərisində - hər birində 60 ədəd olmaqla 101 qutu pirotexniki vasitə, avtomobilin ayaqaltı rezinlərinin altında isə cəmi 1060 ədəd "Marlboro Gold Edge" adlı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv