Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
HADİSƏ

Azərbaycan bu sahədə İtaliyanı qabaqladı

<b>Azərbaycan bu sahədə İtaliyanı qabaqladı</b>

Qlobal rəqabət qabiliyyəti indeksinin 2017-2018-ci il nəticələrinə görə, dünyanın ən pis və ən yaxşı yollarına malik ölkələrinin siyahısı tərtib edilib

137 ölkənin adının daxil edildiyi siyahıda yolların keyfiyyəti 7 ballıq şkala əsasında qiymətləndirilib.
Maksimum balı heç bir ölkə qazana bilməyib. Ən pis göstərici 2 balla Mavritaniyada olub. Dünyanın ən pis yollarına sahib ölkələr arasında Konqo və Haiti 2.1 balla yer alıb.
Dünyanın ən yaxşı yollarına sahib ölkələr isə BƏƏ (6.4), Sinqapur (6.3 bal) və İsveçrə (6.3) olub.
Ölkəmiz 4.8 ballıq göstərici ilə siyahıda 36-cı pillədə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan İtaliya (45), Belçika (46), Norveç (58) kimi ölkələri qabaqlayıb. Qonşu ölkələrdən ən yaxşı göstərici isə qardaş Türkiyədə (30) olub. İran siyahının 71, Gürcüstan 82, Ermənistan 85, Rusiya isə 114-cü pilləsində qərarlaşıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv