Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
HADİSƏ

Ceyranların sayı 7 minə çatdı

<b>Ceyranların sayı 7 minə çatdı</b>

Azərbaycanda ceyranların sayında artım müşahidə edilib, onların sayı 7 minə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havaların mülayim keçdiyi illlərdə ceyranların artımı mart-aprel aylarında, nisbətən soyuq hava şəraitində isə aprel ayından iyunun əvvəlinə qədər davam edir.
1960-cı illərə qədər ceyranların sayı kəskin azalmağa başlayıb. Lakin prezidentin 2003-cü il Sərəncamı ilə Şirvan Milli Parkı yaradıldıqdan sonra ceyranların nəslinin kəsilməsi təhlükəsi aradan qaldırılıb və hazırda Azərbaycanda ən böyük ceyran populyasiyasının yayıldığı ərazi Şirvan Milli Parkıdır.
May ayından Şirvan Milli Parkının ərazisində ceyranların balalama dövrü başlayıb. Hazırda Milli Parkda yeni doğulmuş ceyran balaları müşahidə edilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv