Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
İQTİSADİYYAT

London Bakıya 1,8 milyard, Bakı isə... - Tağızadə

<b>London Bakıya 1,8 milyard, Bakı isə... - Tağızadə</b>

Azərbaycan və Böyük Britaniya arasında 2018-ci ilin yanvar-mart ayları üzrə ticarət dövriyyəsi 48.3 milyon dollar təşkil edib. İki ölkə arasında idxalın ümumi dəyəri 45,7 milyon dollar olub ki, bunlar da, əsasən, maşın və mexanizm, daş, gips, sement, işıqlandırma avadanlıqları, qiymətsiz metal məmulatlarından ibarətdir. İxrac isə 2,6 milyon təşkil edib və əsasən, mis, ondan məmulatlar, qazoyl və s. olub.
Bunu APA-ya müsahibəsində Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə deyib.
Səfirin sözlərinə görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2018-ci ilin yanvar-mart aylarında Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığı ilə ticarət dövriyyəsi 16,56 faiz, o cümlədən idxal 18,65 faiz azalıb, ixrac isə 51,05 faiz artıb.
Diplomat qeyd edib ki, hazırda Azərbaycanda Böyük Britaniya kapitallı 537 şirkət fəaliyyət göstərir: "Bunlar, əsasən, sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, rabitə, nəqliyyat sahələrinə aid şirkətlərdir".
"Ötən il Böyük Britaniya Azərbaycana, Azərbaycan isə Böyük Britaniyaya nə qədər investisiya yatırıb" sualına cavabında T. Tağızadə bildirib ki, 2017-ci ildə Böyük Britaniyadan Azərbaycana birbaşa xarici investisiyalar 1,833 milyard ABŞ dolları təşkil edib.
"Neft sektoruna 1,772 milyard ABŞ dolları, qeyri-neft sektoruna 61 milyon ABŞ dolları yatırılıb. Onu da qeyd edək ki, Azərbaycana birbaşa xarici investisiya yatıran ölkələr arasında investisiyanın həcminə görə, Britaniya suveren olaraq liderliyi saxlayır.
Azərbaycandan isə 2017-ci ildə Böyük Britaniyaya yatırılan birbaşa xarici investisiyalar 66,4 milyon ABŞ dolları təşkil edib. Neft sektoruna 1,1 milyon ABŞ dolları, qeyri-neft sektoruna isə 65,3 milyon ABŞ dolları investisiya qoyulub", - deyə səfir qeyd edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv