Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
SİYASƏT

Ermənilərin Rusiyadakı əsas adamı odur - Duqin

<b>Ermənilərin Rusiyadakı əsas adamı odur - Duqin</b>

Əlbəttə, Rusiya böyük ölkədir. Lakin siyasi və geosiyasi strategiya sona qədər müəyyənləşdirilməyib

Xarici İşlər Nazirliyində və digər qurumlarda fikir ayrılıqları mövcuddur. Buna misal kimi elitada Avrasiya meylli şəxslərlə Qərb meylli şəxslərin qarşıdurmasını göstərmək olar.
Bu sözləri Virtualaz.org-a müsahibəsində rusiyalı ideoloq Aleksandr Duqin Rusiya XİN rəsmisinin Nikol Paşinyanın Qarabağla bağlı söylədiklərinə reaksiyası və sonradan bu reaksiyanın məzmununun dəyişdirilməsi ilə əlaqədar baş verənləri şərh edərkən bildirib.
"Rusiyada erməni lobbisi güclüdür və o, öz xəttini yürüdür. Bununla belə, Azərbaycanla yaxınlaşmaq barədə göstəriş mövcuddur! Moskvada bir çox məsələlər üzrə ümumi mövqe yoxdur. Bircə Krım istisnadır" - o vurğulayıb.
Ekspertin fikrincə, buna təəccüblənmək lazım deyil, reallıq belədir:
“Lap bu günlərdə rusiyalı jurnalist və analitik Maksim Şevçenko “Exo Moskvı” radiosytansiyasının efirində bildirdi ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov RF-də əsas erməni lobbiçisidir. Ola bilsin ki, bu şişirdilmiş ifadədir, lakin Şevçenkonun bu cür kəskin ümumiləşdirmələri bəzən hədəfi vurur. Düşünürəm ki, Lavrov ifadələrini dövlət başçısı ilə razılaşdırır. Bir diplomat kimi o, kəskin bucaqları hamarlaya bilər, lakin çətin ki, öz xəttini yeridə bilsin. Bir daha təkrarlayıram ki, Rusiyada güclü erməni lobbisi var, Azərbaycanınkı isə yoxdur”, - ekspert bildirib.
Paşinyanın hakimiyyətə gəlməsi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində gözləntilərlə bağlı isə Duqin deyib:
“Yaranmış vəziyyətdə Azərbaycanın, Rusiyanın və Ermənistanın yeni rəhbərliyinin nə etməli olduğunu bilmirəm. Moskva hazırda münaqişənin həlli variantları ilə bağlı çaşqınlıq içindədir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv