Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Qarabağa qanunsuz turist səfərinin qarşısı alındı

<b>Qarabağa qanunsuz turist səfərinin qarşısı alındı</b>

Polşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdnində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlilari Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi Polşada fəaliyyət göstərən “Adventure Club Radoslaw Kasprzak” turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə ciddi etiraz edib

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, nəticədə Azərbaycanın işğal olunmuş ərazilərinə təşkil edilən qeyri-qanuni səfər təxirə salınıb.
Bildirilib ki, problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin böyük rolu olub.
PAGŞ-ın nümayəndələri bildiriblər ki, Polşada yaşayan azərbaycanlılar bu məsələdə çox böyük həmrəylik göstəriblər və bundan sonra da bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər: "Polşa ictimaiyyətinə tarixi həqiqətləri çatdıracayıq".
Qeyd edək ki, “Adventure Club Radoslaw Kasprzak” şirkəti Azərbaycanın Polşadakı səfirliyinə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv