Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
HADİSƏ

Azərbaycanda zəlzələ 8 bal olub? – Rəsmi

<b>Azərbaycanda zəlzələ 8 bal olub? – Rəsmi</b>

Azərbaycanda zəlzələnin 8 bala yaxın olması barədə Ermənistan və Gürcüstan mediasında yayılan məlumatlar əsassızdır

Bu sözləri açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı söyləyib. O bildirib ki, Zaqataladakı zəlzələnin nəticələrinə baxmaqla da onun 8 bala qədər olmadığını təxmin etmək mümkündür.
O, həmçinin vurğulayıb ki, Azərbaycanın tədqiqat üsulları kifayət qədər müasirdir:
“AMEA RSXM Avropa Seysmoloji Komissiyasının assosiativ üzvüdür. Komitəyə bu regiondan yeganə üzv Qurban Yetirmişlidir. Ən üstün texnologiya və mütəxəssislər regionda bizdədir. Zəlzələ haqqında olan dəqiq məlumatları da ictimaiyyətə açıqlamışıq”.
V.Rafiqqızının sözlərinə görə, hazırda tədqiqat davam etdiyi üçün rayonlarda baş verən zəlzələnin gücü konkretləşməyib:
“Zəlzələ episentrdə 6 bala yaxın hiss edilib. Zəlzələnin gücü zəlzələ dalğasının yayılma radiuslarından asılıdır. Dalğa getdikcə zəiflədiyinə görə ətraf rayonlarda zəlzələnin təsiri azalıb. Zaqataladan sonra ən güclü zəlzələ Şəkidə qeydə alınıb.
Hazırda məlumatlar emal edilir və dəqiq rəqəmlər hazırlanır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv