Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
TÜRK DÜNYASI

Türkiyə onlarla qırıcı ilə ağır zərbəyə hazırlaşır

<b>Türkiyə onlarla qırıcı ilə ağır zərbəyə hazırlaşır</b>

Türkiyə Silahlı Qüvvələri PKK terror qruplaşmasının qərargahı sayılan Qəndilə Afrində keçirilən “Zeytun budağı” əməliyyatının başlanğıcında 72 qırıcı təyyarənin iştirakı ilə keçirilən hava əməliyyatından daha şiddətli hücum təşkil edə bilər

Bu barədə “Hürriyyət” Türkiyənin təhlükəsizlik orqanlarından olan gizli mənbəyə istinadla məlumat yayıb.
Qəndilə hava hücumunun müddətinin Afrinlə müqayisədə daha uzun olacağı, “Fırtına” haubitsalarının da qurudan bölgəni kəskin atəşə tutacağı bildirilib.
“Qəndil hədəf kimi seçiləndə ağlınıza quru qoşunlarının hücuma keçib, irəliləməsi gəlməsin. Bölgənin coğrafi mövqeyi səbəbi ilə şiddətli hava əməliyyatları ola bilər. Quru qoşunlarına isə sıra sonra gələcək”, - nəşrə danışan mənbə bildirib.
Məlumata görə, mümkün Qəndil əməliyyatı zamanı hədəfləri dəqiqliklə işarələmək üçün ərazidə “bordo bereli”lərin kəşfiyyat hücumları da qeydə alınıb.
Türkiyənin təhlükəsizlik mənbələrini Qəndil əməliyyatı zamanı düşündürən digər məqam isə İranın nümayiş etdirəcəyi mövqe olacaq. Yayılan məlumatlara əsasən hazırda ikitərəfli mühasirə ilə bağlı Tehran-Ankara razılığı əldə olunmayıb. Ancaq bölgədə Barazgir vadisinin əhəmiyyətli hissəsinin ələ keçirilməsinin PKK-nın Qəndildən Türkiyə və Sincar istiqamətində hərəkətinə ciddə zərbə vuracağı qeyd olunur.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Afrində keçirilən hava əməliyyatında 72 qırıcı təyyarə ilə 113 hədəfdən 108-ni 95.53 faiz dəqiqliklə vurmuşdu. Burada rəmzi məna daşıyan 72 rəqəmi, “Fərat qalxanı” əməliyyatı nəticəsində həlak olan 72 şəhidin xatirəsinə hörmət olaraq seçilmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv