Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
HADİSƏ

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan yaşayış binasının tikintisi davam edir

<b>Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan yaşayış binasının tikintisi davam edir</b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399 ünvanında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binasının inşası davam edir

İnşaat işləri tamamlandıqdan sonra binadakı mənzillər növbəlilik prinsipi əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunacaq. Binadakı mənzillərin istifadəyə verilməsi rayon (şəhər) icra hakimiyyətləri tərəfindən nazirliyə təqdim olunmuş və nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş növbəlilik siyahıları əsasında həyata keçiriləcək.
Onu da bildirək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə adıçəkilən ünvandan başqa heç bir ərazidə yaşayış binası tikilmir. Xətai rayonu, N.Tusi küçəsi, 63 ünvanında yaşayış binalarının inşası və mənzillərin əlil olmayan şəxslərə verilməsi barədə son vaxtlar bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların heç bir əsası yoxdur. Nazirliyin fəaliyyəti ilə bağlı məlumat yaymazdan öncə dəqiqləşdirmə aparılması təklif olunur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv