Son xəbərlər
15 OKTYABR
12 OKTYABR
11 OKTYABR
İQTİSADİYYAT

Trampın OPEK-dən istəyi: neft ucuzlaşacaq?

<b>Trampın OPEK-dən istəyi: neft ucuzlaşacaq?</b>

ABŞ OPEK-dən gündəlik neft hasilatının 1 milyon barrel artırılmasını istəyir

Bu sözləri OPEK və qeyri-OPEK üzvlərinin növbəti toplantısını şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, hasilatın artırılmasına yalnız ABŞ deyil, həmçinin bir sıra digər ölkələr, o cümlədən Rusiya da isti yanaşır:
“Putin neftin 1 barrelinin 60 dollar olmasını Rusiya üçün məqbul saymaqla buna münasibətini ortaya qoydu. Aydındır ki, Səudiyyə Ərəbistanı yəqin ki, bütün hallarda Vaşinqtondan gələn mesajlara diqqətlə yanaşır. Bu isə o deməkdir ki, ABŞ hasilatın artırılması ilə bağlı istəyində sonadək dayanarsa, o zaman OPEK dünya bazarına daha çox “qara qızıl” çıxarmağa başlayacaq. Digər tərəfdən, Çinin neftə artan tələbi fonunda hasilat dəyişməzsə, o zaman neftin qiymətində yüksəlişlər davam edəcək”.
İqtisadçı bildirib ki, hazırda OPEK-in qarşısında 2 seçim var:
“Birincisi, ya 2 həftə sonra ABŞ-ın istəyinə uyğun olaraq hasilatı gündəlik 1 milyon barrel artırmaqla bazara daha çox neft çıxarmaq, ikincisi, mövcud hasilatı saxlamaqla dünya bazarında tələbin təklifdən artıqlığını qoruyub saxlamaq. Birinci halda neftin dünya bazar qiymətində yenidən azalmalar qaçılmazdır. Bu halda “Brent” 65 dollaradək ucuzlaşa bilər. İkinci halda isə neftin qiyməti yenidən yüksələcək və “Brent” hətta 85 dollara çata bilər. OPEK-in hansı yolu seçəcəyi həm də Ağ Evdən gələn yeni mesajlardan asılı olacaq”.
Qeyd edək ki, OPEK və qeyri-OPEK üzvləri 2 həftə sonra neftin mövcud yüksək qiymətləri fonunda hasilata yenidən baxılması üçün bir araya gələcəklər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv