Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
DÜNYA

Rusiyanın Qərb gəmilərinin kabusu olan qırıcısı

<b>Rusiyanın Qərb gəmilərinin kabusu olan qırıcısı</b>

Rusiya istehsalı MiQ-31 hipersonik qırıcılarının “Xəncər” raketləri ilə təchiz edilməsi Moskvanın potensial rəqibləri üçün ciddi bir təhdiddir

Bu barədə “Military Watch Magazine” nəşri yazıb.
Nəşrin məlumatına görə, MiQ-31 qırıcısı digər ölkələrdə analoqu olmayan öldürücü silah olmaqla bərabər, eyni zamanda, həm hava döyüşlərində, həm də rəqibin gəmilərini vurmaq üçün aktiv olaraq istifadə olunan döyüş maşınıdır. Müdafiə Nazirliyinə təhvil verildikdən sonra müasir radar və raket sistemləri ilə təchiz olunan qırıcılar bu gün dünyanın ən sürətli müasir döyüş təyyarələri sayılır. “Zaslon” radar sistemi ilə uzunmənzilli P-33 və P-37 (hava-hava tipli) raketlərinə sahib qırıcı bununla da döyüş meydanında imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Yazıda həmçinin “Xəncər” raketləri barədə də söhbət açılıb. Raketlərin müasir parametrlərinin istənilən müdafiə silahı üçün əlçatmaz olduğu və bu raketlə təchiz olunmuş qırıcının uzaq məsafədən istənilən böyüklükdə döyüş gəmisini rahatlıqla məhv edə biləcəyi qeyd olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv