Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
HADİSƏ

Sürücü “hamınızı qıraram” dedi: BNA-dan cavab - Video

<b>Sürücü “hamınızı qıraram” dedi: BNA-dan cavab - Video</b>

49 saylı marşrut sürücüsünün sərnişinlərlə kobud rəftarı və avtobusu yüksək sürətlə idarə etməsi ilə bağlı yayılan görüntülər araşdırılır

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev söyləyib. O bildirib ki, məsələ ilə bağlı mətbuata ətraflı açıqlama veriləcək.
Qeyd edək ki, dünən 49 saylı marşrutun sürücüsü avtomobili sürətlə idarə etdiyi zaman sərnişin qadın yıxılıb. Ayağını zədələyən qadın yaxınlarına zəng edərək, avtobusda yıxıldığını bildirdiyi halda, sürücü avtobusu sürətlə idarə etməyə davam edib.
Digər sərnişinlərin iradına isə sürücü, “Elə sürərəm, hamınız qırılarsınız, ona görə də sakit dayanın” deyə cavab verib.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv