Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
HADİSƏ

O, nazir təyin ediləndə narahat oldum - Namazov

<b>O, nazir təyin ediləndə narahat oldum - Namazov</b>

Çox ümid bəslədiyim Mikayıl Cabbarov ilk dəfə nazir təyin ediləndə bu məni çox narahat etmişdi

Düşünmürdüm ki, onun uğur qazanması üçün Təhsil Nazirliyi mühüm rol oynasın.
Bu sözləri Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov dünyada, regionda və ölkəmizdə baş verən siyasi proseslərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırarkən deyib.
Yeni hökumətin tərkibində gənc kadrlara üstünlük verilməsindən danışan E.Namazov bildirib ki, M.Cabbarovun sonrakı təyinatı onun üçün daha uğurludur.
E.Namazov bildirib ki, artıq həm hakimiyyət, həm də müxalifət daxilində nəsillərin dəyişməsi mərhələsi başlayıb:
“Hakimiyyət tərəfindən həyata keçirilən son təyinatlar daha çox gənclərin irəli çəkilməsi əsasında reallaşır. Müxalifətin içərisində də yeni qüvvələr meydana çıxır, yeni nəsil öz liderliyini təsdiq etmək üçün fəaliyyət göstərir. Bu proseslərin hər ikisini müsbət sayıram, alqışlayıram. Hesab edirəm ki, Azərbaycan siyasətinə yeni nəfəs gəlməlidir. Bizim payımıza düşən odur ki, öz biliklərimizi, təcrübəmizi ehtiyac olarsa, həmin gənclərlə bölüşək, məsləhətlər verək, onların uğur qazanmaları üçün dəstək olaq. Hesab edirəm ki, bizim nəsil proseslərdə öz yerləri üçün yox, bu proseslərin uğur qazanması üzərində düşünməlidir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv