Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
SİYASƏT

ABŞ-ın 8 milyard vədi: Nikol Rusiyaya buna görə savaş açır?

<b>ABŞ-ın 8 milyard vədi: Nikol Rusiyaya buna görə savaş açır?</b>

Baş nazir olaraq hökumətə rəhbərlik edən birinin bu şəkildə açıqlamalar verməsi təəccüblü deyil

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Paşinyanın "Qazprom"da yoxlamalara başlayacaqları ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, etirazlar dalğasında hakimiyyətə gələn Paşinyan üçün isə bu, daha vacibdir:
“Hakimiyyət içində bərkimədən, xalqdan aldığı dəstəyi itirməmək üçün belə açıqlamalar hələ çox olacaq. Hətta yoxlamalar nəticəsində bəzi qurumlar və rəhbərlər ittiham da olunacaq. Amma bu yoxlamaların Rusiyanın nəzarətində olan obyektlərdə olacağı məsələsi xeyli maraqlıdır. Əgər Paşinyan bu cəsarəti özündə tapacaqsa, o zaman bu addım Rusiyaya qarşı savaş kimi dəyərləndirilə bilər. Bu o qədər də inandırıcı görünmür. Lakin təki fikirlərimdə yanılım. Çünki bu, münasibətlərin korlanmasına və Paşinyanın özünə qarşı ciddi təhlükələrin yaranmasına səbəb olar. Bu gün "Qazprom Ermənistanı" yoxlatdıran sabah daha da irəli gedə bilər ki, bu, Rusiya üçün qəbuledilməzdir. Paşinyan isə bu yollarla əsas rəqiblərini neytrallaşdırmağa və insanlar arasında dəstəyini artırmağa səy göstərəcək".
Ekspert qeyd edib ki, ABŞ-ın söz verdiyi 8 milyard yatırım təklifinə elə də əhəmiyyət vermir:
"Ermənistanın enerji sektorunun çox hissəsi Rusiyanın mülkiyyətində, digərləri isə bütünlükdə nəzarətindədir. Enerji sektorunda bu işbirliklərini dayandırmadan, həmin sektoru onların əlindən çıxartmadan nəinki 8 milyard, heç 8 dollar da verməzlər. Hadisələrin bu istiqamətdə inkişafını, daha doğrusu, sakitliklə və Ermənistan üçün həyati itkilərsiz baş verəcəyini düşünmürəm".
Ekspert vurğulayıb ki, Paşinyan hazırda Ermənistanın müqavimət gücünün hansı səviyyədə olmasını yaxşı bilir:
"Ona görə də bu cür yolu seçəcəksə ya Rusiya ilə bazarlıq etmək istəyir və özünü olduğu şəkildə qəbul elətdirməyə çalışır, ya da Rusiya ilə qarşıdurmada Ermənistana qarşı əsas təzyiq və təhdid faktoru olan Dağlıq Qarabağ məsələsini gözardına alaraq, Qərbə doğru meyillənməyə cəhd edir. Sonuncuya daha az inansam da, istənilən halda proseslərin inkişafı Dağlıq Qarabağ məsələsində Azərbaycanın xeyrinə işləyə bilər. Bu prosesdə əsas rol oynayan, problemin həll olunmasına əngəl törədən Rusiyanın bir müddət neytrallığına gətirə çıxarar ki, biz də bundan istifadə edə bilərik".
Qeyd edək ki, Paşinyan "Qazprom"da yoxlamalara başlayacağı ilə bağlı açıqlamalar verib. Maraqlı məqam Paşinyanın bu sözlərinin ABŞ-ın bir müddət əvvəl Ermənistanın enerji sektoruna 8 milyard dollar yatırım etmək istədiyi ilə bağlı açıqlamasıyla üst-üstə düşməsidir. ABŞ bu yatırım üçün Ermənistandan enerji sektorunun diversifikasiyasını istəyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv