Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
SOSİAL

AMEA-nın ümumi yığıncağı başladı: prezident seçkisi...

<b>AMEA-nın ümumi yığıncağı başladı: prezident seçkisi...</b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı başlayıb

Report xəbər verir ki, toplantı akademiyanın Rəyasət Heyətinin böyük konfrans zalında keçirilir.
Ümumi yığıncaqda AMEA rəhbərliyi, akademiyanın həqiqi və müxbir üzvləri, dövlət rəsmiləri, deputatlar, ali məktəb rektorları iştirak edir.
Toplantıda AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinləniləcək, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı keçiriləcək.
Yığıncaqda, həmçinin AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək. Akademiyanın prezidenti ümumi yığıncaqda 5 il müddətinə seçiləcək. Akademiyanın ümumi yığıncağı tərəfindən seçilmiş AMEA prezidentinin həmin vəzifədə təsdiq edilmək üçün adı Prezident İlham Əliyevə təqdim ediləcək.
Akademiyanın vitse-prezidentləri ümumi yığıncaqda gizli səsvermədə iştirak edən AMEA həqiqi üzvlərinin üçdə iki səs çoxluğu ilə 5 il müddətinə seçiləcəklər. Akademiyanın vitse-prezidentləri, akademik-katibi və Rəyasət Heyətinin digər üzvləri AMEA prezidentinin təqdimatı ilə Rəyasət Heyəti tərəfindən təsdiq ediləcəklər.
Xatırladaq ki, hazırda AMEA prezidenti akademik Akif Əlizadədir. O, bu vəzifəyə 2013-cü ildə seçilib. AMEA-nın vitse-prezidentləri isə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyevdir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv