Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
TÜRK DÜNYASI

Ərdoğan ilk dəfə açıqladı: Ankaranın yeni hədəfi

<b>Ərdoğan ilk dəfə açıqladı: Ankaranın yeni hədəfi</b>

İraqda Qəndil və Sincardan başqa daha bir hədəfimiz var. Bunu ilk dəfə açıqlayacam

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D”-nin birgə təşkil etdiyi canlı yayımda Qəndil əməliyyatı ilə bağlı suala cavab verərkən deyib.
“Hadisənin iki sferası var. Qəndil var, Sincar var. İraqdan Türkiyəyə hər hansı bir təhdid olsa, Bağdad hökuməti ilə bunu müzakirə edərik. Bağdad “mən bunu həll edərəm” desə, nə gözəl. “Həll edə bilmərəm” desə, Sincarı da, Qəndili də vurarıq. Bunu ilk dəfə söyləyirəm: Mahmuru da vurarıq. Mahmur çox əhəmiyyətlidir. BMT-nin Mahmur məsələsini də həll eləməsi lazımdır. Bu məsələni həll etməsələr, oranı da vurarıq. Qəndil haradan qidalanır, bilirsiniz? Mahmurdan. Sincar isə əslində kiçik bir Qəndildir”, - Ərdoğan bildirib.
Xatırladaq ki, Mahmur düşərgəsi İraqın şimalındakı Mosul şəhərində yerləşir. Düşərgədə təxminən 13 min nəfərin yaşadığı ehtimal olunur. Türkiyə PKK-nın düşərgəni istifadə etdiyini bildirərək, BMT-dən dəfələrlə buranın bağladılmasını tələb edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv