Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
TÜRK DÜNYASI

Türkiyə “Tamil Pələngləri taktikası”na hazırlaşır

<b>Türkiyə “Tamil Pələngləri taktikası”na hazırlaşır</b>

Türkiyə Silahlı Qüvvələri Qəndil əməliyyatında Şri-Lankanın “Tamil Pələngləri” terror qruplaşmasına qarşı tətbiq etdiyi strategiyaya bənzər bir taktika həyata keçirir

Bu taktika ilə Türkiyə PKK-nı mühasirəyə alaraq beşiyində boğmağı planlaşdırır.
Türkiyə sərhədindən kənarda yaradılacaq tampon bölgə ilə terrorçuların əlaqələri kəsiləcək və Türkiyəyə keçidlərin qarşısı alınacaq. Bununla da istənilən terror təhdidi Türkiyə sərhədlərindən kənarda aradan qaldırılacaq.
Ağır itki verən PKK yeni qüvvələr cəlb edə bilmədikcə Qəndildə sıxılıb qalacaq. Ankara da bundan istifadə edərək, xüsusən, qruplaşmanın mərkəzi istiqamətində təzyiq göstərməyə davam edəcək.
Sərhəddən kənarda yaradılan tampon bölgə ilə Qəndilin artıq təhlükəsiz olmadığı terrorçulara hiss etdiriləcək. Qəndildəki istənilən hərəkətliliyə qəfil bombardmanlarla müdaxilə ediləcək. Qruplaşmanın liderləri hədəf seçilərək tək-tək zərərsizləşdiriləcək.
Xatırladaq ki, əsası 1976-cı ildə qoyulan “Tamil Pələngləri” 2009-cu ildə darmadağın edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv