Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Daha üç deputata yeni vəzifə veridli

<b>Daha üç deputata yeni vəzifə veridli</b>

Azərbaycanın Avronest Parlament Assambleyasdakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilib

Modern.az-ın məlumatına görə, nümayəndə heyətinin rəhbəri Fuad Muradov, sədr müavini Rövşən Rzayev, üzvü Muxtar Babayev tərkibdən çıxarılıblar.
Onların əvəzinə deputatlar Tahir Mirkişili, Cavanşir Feyziyev və Azər Kərimli Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin üzvü seçiliblər.
Qeyd edək ki, Azərbaycanın Avronest Parlament Assambleyasdakı nümayəndə heyətinin rəhbəri də yenidən seçilib və bir neçə gün öncə bu vəzifə deputat Sahibə Qafarovaya həvalə edilib.
Bundan əvvəl Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov idi.
Bu dəyişiklik də hər üç şəxsin yüksək dövlət vəzifəsinə təyin olunmasından irəli gəlir. Belə ki, F.Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, R.Rzayev Qaçqınkomun sədri, M.Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv