Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
HADİSƏ

Qeyri-adi tapıntı: qədim insanda xərçəng izləri... - Video

<b>Qeyri-adi tapıntı: qədim insanda xərçəng izləri... - Video</b>

Nərgizava nekropolunda aparılan arxeoloji tədqiqatlar yeni faktlar ortaya çıxarıb. 2, 3 və 4-cü əsrlərə aid qədim insanlarda xərçəng xəstəliyi aşkarlanıb

ARB TV xəbər verir ki, Ağsunun Gəgəli kəndindəki Nərgizava nekropolunda, 70 kvadratmetr ərazidə aparılan yeni arxeoloji kəşfiyyat qazıntısı zamanı xərçəng xəstəliyinin izinə rast gəlinib.
Antropoloq Vüsal Həsənov bildirib ki, sümüklərdə xəstəliklərin izləri aşkar olunub:
“Məsələn, bir insana aid bud sümüyündə ostisakoma deyilən sümük xərçəngi aşkar olunub. Biz demək olar ki, bu materialları həm insanlara həm də heyvanlara aid skelet materialları arxelogiya-etnoqrafiya insitutunun laboratoriyasına götürəcəyik”.
Gəgəli kənd sakini Sahib Mirzəyevin həyətyanı sahəsində yerin 40 sm dərinliyindən başlayaraq çıxan qarışıq materiallar və insan skeletləri əraziyə yaxın yerdə qədim insan məskəninin olduğunu da ehtimal edir.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli isə hesab edir ki, yaşayış yeri bu qəbiristanlıqdan nisbətən cənub ərazidədir. Yaşayış yerinin aşkar olunması Nərgizava abidəsinin əhəmiyyətinin artıracaq”
Akademik Vəli Əliyevin sözlərinə görə, Nekropola yaxın bir yerdə hardasa yaşayış yeri tapılmalıdır. Və onda bu dəyərli abidənin Azərbaycan tarixinə, Şirvan tarixinə yeni səhifələr yazmağa imkan verəcək.
Tarixçi alimlərin sözlərinə görə, Nərgizavada arxeoloji tədqiqatlar davam etdirildikcə, başqa sirlər də üzə çıxacaq.











FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv