Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
QHT XƏBƏR

QHT Siyəzəndə tədbir keçirib

<b>QHT Siyəzəndə tədbir keçirib</b>

Siyəzən rayon Gənclər Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi (ADİİM) tərəfindən uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirici tədbir keçirilib

Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov açaraq qonaqlar və tədbir haqqında iştirakçılara məlumat verib.
Daha sonra ADİİM sədri Cavid Şahverdiyev həyata keçirilən layihə barədə qısa məlumat verərək bildirib ki, əsas məqsəd mövcud Konstitusiya çərçivəsində uşaqlara malik olduqları hüquqi bilikləri aşılamaqdır: “Onlara fikir, vicdan, din azadlığına, rəyini ifadə etmək, şəxsi həyat hüququnun müdafiə olunmasına, müxtəlif mənbələrdən, informasiyalardan istifadə etmək, laqeyd rəftar hallarından qorunmaq, fiziki, əqli, mənəvi, əxlaqi, sosial inkişafı üçün lazımi şəraitə, istirahət, asudə vaxt və mədəni həyatda iştirak etmək və s. hüquqlara malik olduqlarını çatdırmaqdır”.
C.Şahverdiyev qeyd edib ki, uşaq hüquqları hər bir dövlətin xüsusi diqqət ayırdığı sahədir. Çünki uşaqların hər biri dövlətin gələcəyidir: “Uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin işidir. Nə yazıqlar ki, uşaqların hüquqlarının pozulması ilk növbədə ailədən başlanır. Sonrakı mərhələlərdə isə uşaq hüquqlarının pozulması daha geniş forma alır.
Azərbaycan Respublikasının qanunu və bir çox normativ-hüquqi aktlar cəzalandırma vasitəsi kimi uşağa fiziki zorakılıq tətbiq etməyi qadağan edir. Yəni bu sənədlərə əsasən uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Bu mənada uşaqlarla qəddar rəftara yol verilməsi, onlara qarşı psixi və fiziki zor tətbiq edilməsi mövcud qanunvericiliyə görə inzibati, hətta cinayət məsuliyyətinə səbəb olur...”.
Layihənin eksperti Ülvi Əfqanlı isə qeyd edib ki, son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur. BMT-nin Baş Məclisi 1989-cu il noyabrın 20-də "Uşaq hüquqları haqqında Konvensiya" qəbul edib. Dünyanın əksər ölkələri, o cümlədən Azərbaycan Respublikası bu konvensiyaya qoşulub. Burada uşaqların bir çox hüquqları müəyyən edilib. Onlar fikir, vicdan, din azadlığına, rəyini ifadə etmək, şəxsi həyat hüququnun müdafiə olunmasına, müxtəlif mənbələrdən, informasiyalardan istifadə etmək, laqeyd rəftar hallarından qorunmaq, fiziki, əqli, mənəvi, əxlaqi, sosial inkişafı üçün lazımi şəraitə, istirahət, asudə vaxt və mədəni həyatda iştirak etmək və s. hüquqlara malikdirlər: “Uşaq hüquqları - qanunla və ya əxlaqi olaraq dünya üzərindəki bütün uşaqların doğuşdan sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısını birdən təyin istifadə edilən universal anlayışdır”.
Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Elvin Kərimov çıxış edərək bildirib ki, dövlətin qayğısı ilə əhatələnən uşaqların hüquqlarının qorunması, təmin edilməsi, bu sahədə mövcud olan problemlərin ardıcıl həlli dövlətin daim diqqət mərkəzindədir. Belə ki, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülür: “Son illər uşaqların müasir tələblər səviyyəsində təhsil almasının, təlim-tərbiyəsinin daha səmərəli təşkili üçün lazımi şərait yaradılıb, bu istiqamətdə mühüm layihələr reallaşdırılıb”.
Tədbirdə İctimai Birliyin üzvləri, Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhər tam orta məktəblərin Uşaq Birliyi rəhbərləri, müəllimlər və aşağı sinif şagirdləri iştirak edib.
Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv