Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
DÜNYA

Ermənistanda etiraz aksiyası başladı: yenə yol bağlandı

<b>Ermənistanda etiraz aksiyası başladı: yenə yol bağlandı</b>

Ermənistan Texut və Şnox kənd sakinləri Texut QSC-ə gedən yolları səhər saatlardan etibarən bağlayıb

Onlar şirkətdən məşğulluq tələb ediblər.
Aksiya iştirakçılarından birinin sözlərinə görə, onlar hər növ torpaq sahəsindən (bağ, əkin, meşə) məhrum olublar, indi isə üstəlik işdən də qovulublar.
“Kreditlər götürmüşük, ancaq bizim haqqımızda heç kim düşünmür. Nə üçün bizdən aldıqları torpaq sahələrində başqaları çalışmalıdır? Yollar bizim suallarımıza cavab verilənə qədər bağlı saxlanılacaq”, - aksiya iştirakçıları bildiriblər.
Xatırladaq ki, fevral ayında “Valleks” şirkətlər qrupunun nümayəndəsi Texut QSC-nin əməkdaşlarının sayının 1190-dan 300-ə qədər ixtisar ediləcəyini açıqlamışdı. Kənd sakinləri etirazlar zamanı əvvəlki razılaşmalara istinad edirlər ki, buna əsasən də onlar ilk növbədə işlə təmin edilməlidirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv