Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
MƏDƏNİYYƏT

De Niro Trampı elə bir sözlə təhqir etdi ki… - Video

<b>De Niro Trampı elə bir sözlə təhqir etdi ki… - Video</b>

ABŞ-ın Nyu York şəhərində teatr sahəsində nailiyyətlərə görə hər il təqdim olunan “Tony Avards” mükafatının təltifetmə mərasimi keçirilib

Kult.az xəbər verir ki, tədbirin gedişində qalibləri açıqlamaq üçün Hollivud ulduzu Robert De Niro səhnəyə çağırılıb.
Bu zaman aktyor qalibi elan etmək əvəzinə gözlənilmədən ABŞ Prezidenti Donald Tramp haqqında kəskin ifadələr səsləndirib. Aktyorun çıxışını tədbir iştirakçıları gülərək alqışlayıb.
“Sadəcə bir şey söyləmək istəyirəm – “Fuck Trump”. Artıq bəsdir”, - aktyor bildirib.
Onun bundan sonra Trampla bağlı etdiyi çıxış isə efirə verilməyib.
Qeyd edək ki, De Niro 2016-ci ildə keçirilən prezident seçkilərində “O saxtakardır, axmaqdır və donuzdur” - deyə Trampı təhqir etmişdi. Daha sonra isə bir neçə dəfə Trampa qarşı sərt fikirləri ilə gündəmə gəlmişdi.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv