Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
DÜNYA

Putin ora qayıtmayacaq, çünki oranı dağıdır - Eydman

<b>Putin ora qayıtmayacaq, çünki oranı dağıdır - Eydman</b>

Tramp Kreml üçün həyatının fürsətini verib

Bu sözləri öz Feysbuk səhifəsində rusiyalı sosioloq İqor Eydman paylaşıb.
“Putin bir daha G7-yə qayıtmayacaq. Ona görə ki, artıq Putinin hədəfi bu birliyi dağıtmaqdır. Bunun üçün güclü dəstək var. Tramp istəsə də, istəməsə də, bu işdə Kremlin əsas köməkçisi oldu. Son yazılana əsas sübut isə onun G7 sammitində təşkil etdiyi skandal oldu.
SSRİ də o zaman ABŞ və Qərbi Avropa arasında parçalanma yaratmağa cəhd edirdi. Bu onun Avropa siyasətinin əsas hədəfi idi. Putin Rusiyası sələfi olan SSRİ-nin bu təcrübəsini təkrar etmək qərarı verib. Antiamerikanizm Kreml təbliğatının əsas silahıdır. Rusiya KİV-i, trollar, agentura artıq uzun müddətdir Almaniya, Fransa və digər Avropa dövlətlərində antiamerika isteriyasını alovlandırmaq istəyir. Bu istək Trampın hakimiyyətə gəlməsi və antiliberal, antiavropa yönlü siyasət həyata keçirməsindən sonra ikiqat uğurlu oldu. Hazırda avropalılar Trampa Rusiya diktatorundan daha pis münasibət bəsləyirlər. Artıq İkinci Dünya müharibəsindən sonra ABŞ və Qərbi Avropa ittifaqı ilk dəfədir təhdid altına düşüb. Kremlə bundan gözəl şey arzulamaq olmazdı”, – deyə o bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv