Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
SİYASƏT

Ermənilərdən Qarabağla bağlı İrəvana çağırışlar - Video

<b>Ermənilərdən Qarabağla bağlı İrəvana çağırışlar - Video</b>

“Literaturnaya Kanada” almanaxının baş redaktoru, İngiltərə Yazıçılar İttifaqının üzvü, erməni yazıçı Vaaqan Karapetyanın ötən gün bir daha sosial şəbəkələrdə və mediada yayılan video-müraciəti bəzi erməni ziyalılarının Qarabağla bağlı mövqeyini yenidən gündəmə gətirib

2018.06.10, 18:21
Maraqlıdır ki, erməni ziyalı elitasının “bayraqdar”ı Zori Balayan daim Qarabağ münaqişəsi haqda radikal fikirlər deyirdi, lakin son vaxtlar Vahe Avetyan, Süzan Caginyan, Vahan Martirosyan, Armen Virabyan kimi erməni ziyalıları artıq həqiqəti görməyə, Ermənistandakı hərbi xunta rejimini pisləyən ifadələr səsləndirməyə başlayıblar.
Ortaya maraqlı bir sual çıxır: Necə oldu ki, erməni ziyalılarının Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişdi?
Vaaqan Karapetyanın Serj Sərkisyanın hakimiyyəti dönəmində hazırlanmış və ötən gün bir daha tirajlanan müraciətində Ermənistan hakimiyyətinin xalqı çapıb-taladığını və Qarabağ problemindən özlərinə qalxan kimi istifadə etdiklərini deməsi heç də təsadüfi deyil.
İqtisadi-siyasi cəhətdən dərin böhrana düçar olan Ermənistanın düşdüyü vəziyyəti artıq ölkə ziyalıları da dərk etməyə başlayıblar. Onlar görürlər ki, ölkədə siyasi plüralizm yoxdur: azad söz anlayışı ləğv edilir və buna görə də müstəqil fikrini deyənlər təzyiqlə üzləşib, xaricə qaçmaq məcburiyyətində qalırlar. Bundan başqa, Ermənistanda iqtisadi plüralizm də yox dərəcəsinə enir, hər il ölkəni minlərlə insan tərk edir.
Karapetyan bu acınacaqlı vəziyyəti belə təsvir edir:
“Bilet pulu tapmağı bacaranlar ölkədən qaçırlar. Onlar düşünmürlər ki, hara gedirlər, yeganə məqsəd ölkədən qaça bilməkdir”.
Ermənilərin başına güllə kimi çaxılan başqa bir həqiqət isə Qarabağın statusu və rəsmi İrəvanın bu böhrandan hansı məqsədlə istifadə etməsidir. Karapetyan deyir ki, “Qarabağ de-fakto ermənilərindir” deyənlər yanılırlar, çünki Qarabağ de-fakto Rusiyaya məxsusdur:
“Ermənilər elə bilir ki, ruslar bu yaxşılıqları onların gözəl gözlərinə görə edirlər. Unudublar ki, pulsuz pendir tələdə olur”.
Karapetyanın timsalında bəzi erməni ziyalıları artıq dərk edirlər ki, Qarabağ problemi Ermənistanı girova, qula çevirən, zəlil gününə salıb, Rusiyanın ətəyindən yapışmağa məcbur edən tələ yemidir. Bu tələ erməni siyasilərinin xalqı çapıb talamasına, əhalinin isə müflis, səfil günündə yaşamasına gətirib çıxarır.
Əlbəttə, erməni ziyalıları Azərbaycanın Qarabağdan heç vaxt əl çəkməyəcəyini, gec-tez bu əzəli torpaqları işğaldan azad edəcəyini başa düşürlər. Bunun belə olacağını 2016-cı ilin aprelində baş vermiş Dördgünlük müharibə və bir neçə gün əvvəl Ordumuzun Günnüt kəndini azad etməsi aydın göstərir. Bu labüd sonu anlayan Qarabağ erməniləri də artıq bölgəni tərk etməyə başlayıblar.
Son olaraq qısa ümumiləşdirmə aparsaq görərik ki, Ermənistanın düşünən beyinləri ölkədə mövcud olan siyasi sistemin erməni xalqını dərin uçuruma sürüklədiyini tam mənası ilə dərk edir və bu problemin qeydsiz-şərtsiz Azərbaycanın lehinə həll olumasının yeganə çıxış yolu olduğunu anlayır.
Başqa bir erməni ziyalısı - yazıçı Vahe Avetyan açıqlamalarında Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qatılmasının tərəfdarı olduğunu deyir və rəsmi İrəvanı ölkəni xaosa aparan bu siyasətdən əl çəkməyə çağırır.
Təbii, bir tərəfdə getdikcə güclənən, düşmənə göz dağı verən qüdrətli Azərbaycan Ordusunu, digər tərəfdə isə iqtisadi böhrana görə günü-gündən zəifləyən, daxili xaos yaşayan Ermənistan ordusunu göz önünə gətirən erməni ziyalıları mümkün müharibənin İrəvan üçün sarsıdıcı məğlubiyyətlə başa çatacağını çox gözəl başa düşürlər.
Bütün bunlar erməni ictimaiyyətinin gec-tez bu reallığı dərk edəcəyini, Qarabağ probleminin ədalətli şəkildə - Azərbaycanın lehinə həll edilməsini istəyəcəyini düşünməyə əsas verir.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv