Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
HADİSƏ

Azərbaycanın politoloq alimi BMT-nin ordeni ilə təltif olunub

<b>Azərbaycanın politoloq alimi BMT-nin ordeni ilə təltif olunub</b>


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Azərbaycan Gənc Diplomatlar Birliyinin Baş məsləhətçisi, siyasi elmlər doktoru, professor Elman Nəsirov BMT Beynəlxalq Təltiflər İttifaqının İctimai Təltiflər üzrə Şurasının 16 yanvar 2014-cü il tarixli qərarı ilə “Elm və təhsil sahəsində böyük uğurlarına görə” “Xidmət və Şərəf” Ordeni ilə təltif olunub. Azərbaycanlı alim BMT-nin təltiflər üzrə nüfuzlu qurumunun Ordeninə qlobal elmi-siyasi problemlər üzrə uğurlu tədqiqatları, Frankfurt, Köln (Almaniya), Buxarest (Rumıniya), Brüssül, Mons (Belçika), Skopye (Makedoniya), Pekin, Şanxay, Usi (Çin), Təl-Əviv (İsrail), Tehran (İran), İstanbul, Ankara, Bursa (Türkiyə), Kiyev, Lvov, Simferopol, Yalta, Baxçasaray, Yevpatoriya, Sevastopol (Ukrayna) və digər şəhərlərdə keçirilmiş 30-a qədər beynəlxalq konfransda konkret elmi mühakimə və nəticələrlə çıxış etməsi, əsərlərinə və müsahibələrinə dünyanın tanınmış ekspertləri tərəfindən mütəmadi olaraq istinadlar verilməsinə görə layiq görülüb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv