Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
HADİSƏ

Səfir Rəşad İsmayılovun Qətərin “Əl-Ərəb” qəzetində geniş müsahibəsi nəşr olunub

<b>Səfir Rəşad İsmayılovun Qətərin “Əl-Ərəb” qəzetində geniş müsahibəsi nəşr olunub</b>



Ramazan ayı münasibətilə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Qətərin “Əl-Ərəb” qəzetində geniş müsahibəsi nəşr olunub.
Müsahibədə Ramazan ayı ilə bağlı ölkəmizdəki mövcud adət-ənənələrdən ətraflı danışılıb. Azərbaycanın digər islam ölkələri, o cümlədən Qətərlə Ramazan ayı ilə bağlı oxşar mənəvi dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Ramazan ayında ölkəmizdə insanların xeyirxah işlərə can atması, imkansızlara yardımların göstərilməsi, iftar süfrələrinin təşkili, qohumların ziyarət edilməsi kimi bir çox mənəvi dəyərlərin daha çox ön plana çıxdığı bildirilib.
Müsahibədə ölkəmizdəki mövcud yüksək səviyyəli dini və mədəni dözümlülük məsələlərinə toxunularaq, Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olduğu qeyd olunub. Müsahibədə Ramazan ayının sülh, paylaşma, xeyirxahlıq və bərəkət ayı olduğu bildirilərək, bu ayın insanlarda həmrəylik və dözümlülük ruhu aşıladığı nəzərə çatdırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv