Son xəbərlər
15 OKTYABR
12 OKTYABR
11 OKTYABR
HADİSƏ

FHN-dən Bakıdakı dəhşətli qəza ilə bağlı - Açıqlama

<b>FHN-dən Bakıdakı dəhşətli qəza ilə bağlı - Açıqlama</b>

FHN Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

09:12
Nazirlikdən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda VAZ markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Report-un məlumatına görə, sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə VAZ-2106-da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv