Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
DÜNYA

Trampdan AB-yə: Sizə niyə icazə verməliyəm?

<b>Trampdan AB-yə: Sizə niyə icazə verməliyəm?</b>

Əgər qarşılıqlı olmayacaqsa, bundan sonra ədalətli ticarətə axmaq ticarət demək lazımdır

Bu sözləri ABŞ Prezidenti Donald Tramp G7 zirvəsində yaşanan gərginliklər fonunda Tvitter hesabında yazıb.
“Amerikaya xüsusən dostları böyük haqsızlıq edir. 800 milyard dollar ticarət kəsirimiz var. Başqalarının haqsız ticarətdən mənfəət əldə etməsinə niyə icazə verim? Heç kim inciməsin, dostlarımızın və düşmənlərimizin ticarətdə bizdən istifadə etmələrinə artıq icazə verməyəcəm. Amerika işçiləri hər şeydən öncə gəlməlidir”, - Tramp bildirib.
Avtomobil sənayesində 201 milyard dollar kəsri olan ABŞ-ın əsəs hədəfinin Vaşinqtona illik təxminən 20 milyard dəyərində avtomobil və ehtiyat hissələri satan Almaniya olacağı bildirilir. ABŞ Prezidenti ölkəsindən ticarət sahəsində mənfəət əldə edən müttəfiqlərinin NATO-ya ödədiyi vəsaitlərin azlığından da şikayətlənib.
“ABŞ bizi ticarətdə aldadan bir çox ölkəni müdafiə etmək üçün NATO-nun xərclərinin tamamına yaxınını qarşılayır. Onlar bunun çox kiçik bir hissəsini qarşılayır və bizə lağ edirlər. Müdafiələri üçün daha artıq ödəniş etməlidirlər”, - Tramp qeyd edib.
Xatırladaq ki, Donald Trampın avtomobil sənayesi məhsullarına 2.5 faiz olan gömrük rüsumunu 25 faizə qaldırmaq təhdidi xüsusən Almaniyada böyük şirkətlərdə kütləvi ixtisarlara səbəb ola bilər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv