Son xəbərlər
24 MAY
23 MAY
22 MAY
SİYASƏT

Əliyevlə bərabər, bu gün iki prezident Türkiyəyə gedir

<b>Əliyevlə bərabər, bu gün iki prezident Türkiyəyə gedir</b>

Ukrayna Prezidenti Pyotr Poroşenko bu gün Türkiyəyə səfər edəcək.
Bu barədə məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb. Poroşenkonun Türkiyəyə Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında gələcəyi bildirilib.
O, TANAP qaz kəmərinin açılış mərasimində iştirak edəcək.
Qeyd edək ki, mərasimdə iştirak üçün Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Marqvelaşvili və Bolqarıstan Baş naziri Boyko Borisovun Türkiyəyə gedəcəyi gözlənilir.