Son xəbərlər
14 İYUN
13 İYUN
12 İYUN
İDMAN

15 yaşlı Azərbaycanlının uğuru

<b>15 yaşlı Azərbaycanlının uğuru</b>



Çexiyanın Kikboksinq yığma komandasının üzvü, 15 yaşlı azərbaycanlı El Cəfər beynəlxalq yarışlarda növbəti qələbəsini qazanıb. O, 2014-cü ildə Dünya Kikboksinq Federasiyasının Çexiyada keçirilən yarışının gümüş mükafatçısı, mavi kəmər sahibidir. E.Cəfərov 2016-cı ildə Almaniyanın Ştutqart şəhərində keçirilən çempionatın qızıl mükafatçısı olub. Gənc idmançı 2017-ci ildə Dünya Kikboksinq Təşkilatları Birliyinin və Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyasının gümüş mükafatçısı adına layiq görülüb. Həmyerlimiz bu il iyunun 9-da Dünya Kikbonsinq Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə Çexiyada keçirilən çempionatda 47 kq-a qədər çəki dərəcəsində 2 kateqoriya üzrə gümüş və bürünc medal qazanıb. Xatırladaq ki, qısa vaxta böyük uğurlar qazanan E.Cəfərov Çexiyada azərbaycanlı diaspor fəalı, şairə, dramaturq, Azərbaycan mədəniyyətini xaricdə tanıdan “Natəvan” klubunun sədri Leyla Bəyim Cəfərovanın övladıdır.


photoslide_title


Xəbər - 37 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv