Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
SİYASƏT

Gürcü liderlər TANAP-ın açılışına gəlmədi: Səbəb...

<b>Gürcü liderlər TANAP-ın açılışına gəlmədi: Səbəb...</b>

Gürcüstan rəhbərliyinin TANAP-ın açılış mərasiminə qatılmaması qərarı son anda verilib

Bunu Gürcüstanın İctimai Televiziyasına açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Seren Yazqan deyib.
“Niyə son anda belə bir qərarın verildiyini bilmirəm. Gürcüstan tədbirdə səfir səviyyəsində təmsil olundu. Bu layihə Türkiyə, Azərbaycan və Gürcüstanı birləşdirir. Biz hər zaman gürcüstanlı dostlarımızı Türkiyədə görmək istəyirik, lakin onlar Türkiyədə olmasalar belə, biz onların yaxınlığını hiss edirik”, - deyə o bildirib.
Qeyd edək ki, dünən TANAP-ın açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bolqarıstan Baş naziri Boyko Borisov, Ukrayna Prezidenti Pyotr Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, BP rəhbəri Robert Dadli qatılıb. Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mərasimə dəvət edilsə də, gəlməyib. Ümumiyyətlə, mərasimə Gürcüstandan yalnız səfir İrakli Koplatadze qatılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv