Son xəbərlər
14 İYUN
13 İYUN
12 İYUN
HADİSƏ

Baxçada uşaqları döyən “tərbiyəçi“ saxlanıldı

<b>Baxçada uşaqları döyən “tərbiyəçi“ saxlanıldı</b>

Bakıda uşaq mərkəzində azyaşlıya zorakılıq nümayiş etdirən tərbiyəçi saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-ya bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Firuzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı görüntülər yayılıb.




Xəbər - 79 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv