Son xəbərlər
14 İYUN
13 İYUN
12 İYUN
HADİSƏ

“Bakı Bus” təhlükəli görüntüləri yaydı - Video

<b>“Bakı Bus” təhlükəli görüntüləri yaydı - Video</b>

Bakı Bus MMC avtobuslarının yoluna çıxan avtomobillərin yaratdığı təhlükəli vəziyyətlərlə bağlı görüntüləri yayıb

MMC-dən verilən məlumata görə, “Bakı Bus” avtobuslarını idarə edən sürücülər digər nəqliyyat vasitələri sürücülərinin yol-hərəkət qaydalarını pozması nəticəsində yaranan təhlükəli vəziyyətlər zamanı qəzalardan yayınmaq məqsədilə əyləcdən istifadə etmək məcburiyyətində qalır. Bu hal isə sərnişinlərdə narahatlıq yaradır və onlar Bakı Bus MMC-yə müraciət edirlər.
Bakı Bus MMC-yə sərnişin tərəfindən edilən müraciətin araşdırılması zamanı məlum olub ki, mayın 24-ü saat 12:37-də Hüseyn Cavid prospektində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən Bakı Bus MMC-yə məxsus avtobusun qarşısına qəflətən minik avtomobili çıxıb. Baş verə biləcək qəzadan yayınmaq üçün avtobusun sürücüsü əyləcdən istifadə etmək məcburiyyətində qalıb. Bu zaman avtobusda olan bəzi sərnişinlər yıxılıb.
Həmçinin, mayın 29-u saat 09:37-də 5 nömrəli marşrut xətti üzrə hərəkət edən Bakı Bus MMC-yə məxsus avtobusla bağlı Rəşid Behbudov küçəsində də oxşar hadisə baş verib.










Xəbər - 76 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv