Son xəbərlər
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
15 OKTYABR
HADİSƏ

Azərbaycan ağsaqqalları Fəxri Xiyabanda

<b>Azərbaycan ağsaqqalları Fəxri Xiyabanda</b>

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və şuranın üzvləri 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər

APA-nın xəbərinə görə, F. Heydərov jurnalistlərə bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyi üçün həlledici gündür.
F. Heydərov Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın müstəqilliyinin məhv olmaqdan xilas olduğunu vurğulayıb: “Azərbaycan məhrumiyyətlərdən qurtuldu, uğurlar qazandı. Ölkədə dövlət strukturları formalaşdı və Azərbaycan dünyada tanındı, dünyada bir sabitlik adasına çevrildi”.
F. Heydərov bildirib ki, Heydər Əliyevin əsasını qoyduğu kursu prezident İlham Əliyev uğurla davam etdirir: “Son prezident seçkilərində də xalqımız bir daha prezident İlham Əliyevə dəstəyini nümayiş etdirdi. Bu gün Azərbaycanın taleyi etibarlı əllərdədir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv