MEDİA
Nəsimi Paşayevin yerinə təyinat

Bəxtiyar Məmmədov Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib
B.Məmmədov 10 ilə yaxındır ki, Bakı Metropolitenində çalışır. Bundan öncə keçmiş mətbuat katibi N.Paşayevin köməkçisi vəzifəsini icra edib. 2017-ci ilin yanvarından isə şöbə rəisinin müavini idi.
Qeyd edək ki, N.Paşayev öz ərizəsi ilə 1 iyun tarixindən etibarın vəzifəsindən istefa verib. B.Məmmədov bugünə qədər rəisi əvəz edirdi.