Son xəbərlər
14 İYUN
13 İYUN
12 İYUN
SİYASƏT

Saakaşvilinin partiyası azərbaycanlı deputata sahib çıxdı

<b>Saakaşvilinin partiyası azərbaycanlı deputata sahib çıxdı</b>

Hökumət Azər Süleymanova təzyiqlər etmək istəyir

Bunu jurnalistlərə açıqlamasında Vahid Milli Hərəkat Partiyasının deputatı Roman Qotsiridze deyib.
“Süleymanov heç kimə təzyiq etməyib. Onun olduğu söhbətdə həmçinin regionun dini lideri olan şeyx, Gürcü Arzusunun yerli sakrebulodakı (şəhər şurası) deputatları da iştirak ediblər. Azər Süleymanov sadəcə Vahid Milli Hərəkata qarşı provokasiyanın olub-olmadığını öyrənmək istəyirdi. Belə ki, sonradan sərt rəftar olunan şəxs Gürcü Arzusu Partiyasının aktivisti olub və regionda Vahid Milli Hərəkatın əleyhdarı kimi tanınıb. Partiya bu insidentdən siyasi məqsədlər üçün istifadəyə izn verməyəcək. Yəqin onlar Süleymanova təzyiq etmək istəyirlər. O, altı ildir müxalifətdədir. Bir zamanlar ona parlamentdə Milli Hərəkat fraksiyası yaradılanda da təzyiqlər edilirdi. Süleymanov təmiz adamdır və əsl döyüşçüdür”, – deyə o bildirib.
Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu Azər Süleymanova qarşı cinayət işi qaldırıb. O, bir müddət əvvəl Marneuli meri Temur Abazovu təhqir etdikdən sonra zorakılığa qarşı Marneuli sakininə qarşı zorakılıqda ittiham edilib. Artıq bu ittiham üzrə Gürcü Arzusu Partiyasından olan Abazov həbs edilib. Süleymanovun həbsinə isə deputat toxunulmazlığı maneə yaradıb.
Azər Süleymanov ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etməyib. O, baş verənləri provokasiya adlandırıb və zorakılıq tətbiq edildiyi iddia olunan şəxsi heç vaxt görmədiyini bəyan edib.




Xəbər - 255 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv