Son xəbərlər
14 İYUN
13 İYUN
12 İYUN
HADİSƏ

Azərbaycan sərhəddə yeni post tikir

<b>Azərbaycan sərhəddə yeni post tikir</b>

Gürcüstanla Azərbaycan sərhədində yeni gömrük keçid postu tikiləcək

Bunu Dövlət Gömrük Komitəsinin gömrük nəzarəti baş idarəsinin rəis müavini Səməd Qaralov deyib.
Onun sözlərinə görə, artıq sözügedən yeni postun tikiləcəyi yer də təyin edilib:
"Yeni gömrük keçid məntəqəsi Böyükkəsik və Sadıqlı kəndləri arasında tikiləcək. Artıq məntəqənin tikintisi ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətindən icazə alınıb. Yeni post “Sınıq körpü” gömrük sərhəd keçid məntəqəsinin yükünü azaldacaq və sadələşdirəcək".
S.Qaralov həmin gömrük keçid məntəqəsində Gürcüstan və Azərbaycan gömrük xidməti əməkdaşlarının eyni binada oturacaqlarını da bildirib.




Xəbər - 250 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv