Son xəbərlər
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
07 AVQUST
SİYASƏT

Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər - Sensasiya

<font color=red><b>Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər - Sensasiya</b></font>

Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayılın TANAP layihəsinin açılışı ilə bağlı Axar.az-a müsahibəsini təqdim edirik:
- TANAP Türkiyə və Azərbaycan əlaqələrinin inkişafına necə təsir edəcək?
- TANAP layihəsinin işə düşməsi çox əhəmiyyətli hadisələrdən biridir. Bununla Türkiyə və Azərbaycanın enerji sahəsində yeni işbirliyi nümunəsinin ortaya çıxdığını görürük. Bu gün Türkiyə-Azərbaycan arasında sadəcə siyasi sahədə deyil, iqtisadi, enerji sahəsində də əlaqələr çox yüksək səviyyədə inkişaf edir. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı olmasaydı, bu cür layihənin reallaşdırılması mümkün olmazdı.
TANAP-ın istifadəyə verilməsi Azərbaycan-Türkiyə arasındakı ikili əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu layihə sadəcə Türkiyəyə Azərbaycan qazının satışını deyil, eyni zamanda, Avropanın da enerji təhlükəsizliyinə təhdidin qarşısını alınmasını təmin edəcək.
Azərbaycan uzun müddətdir ki, Türkiyə iqtisadiyyatına, xüsusilə enerji sahəsində ciddi yatırımlar etməkdədir. İstər Türkiyənin Azərbaycana qoyduğu investisiyalar, istərsə də Azərbaycanın Türkiyəyə yatırımları ikili münasibətlərin inkişafına ciddi təsir göstərir. Azərbaycanın bu yatırımları sayəsində Türkiyə iqtisadiyyatı ciddi dəstək almaqdadır.
Yəni Azərbaycanla Türkiyənin iqtisadi-siyasi münasibətləri prezidentlərin sayəsində o qədər inkişaf edib ki, hətta “İttifaq dövləti” qurmaq istəsələr, hər şey hazırdır.
- Bu layihənin işə düşməsinə qarşı çıxan qüvvələr bundan sonra hansısa addımlar atacaqlarmı?
- Bu layihənin həyata keçirilməsində çox böyük əmək var. Bu, Avropa üçün alternativ marşrut rolunu oynayır. Amma bəzi şeylər Rusiya mətbuatında çox şişirdilməkdədir. Birincisi, Azərbaycanın bu layihəsi Rusiyanın enerji layihələrini təhdid etməyəcək. Bu marşrut Azərbaycan qazının Avropaya çatdırılması üçün ən qısa marşrutdur. Dolayısı ilə bu cür işbirliyinə Rusiya kimi ikinci bir ölkənin qatılması imkansızdır. Azərbaycanın bu layihəsini Rusiyanın özünə rəqib kimi görməsinə heç bir ehtiyac yoxdur. Avropanın qaza tələbatı çox yüksəkdir. Yəni Azərbaycanın bu layihəsi ilə Avropa Rusiya qazından imtina etməyəcək. Yenə də Avropa ölkələrində Rusiya qazına tələbat olacaq.
Azərbaycanın Avropaya satacağı qazın həcmi ilə Rusiya bazarına ciddi bir rəqib olacağını da düşünmürəm. Ona görə də Rusiya tərəfində bu layihəyə aqressiv reaksiya verənlərin niyyətinin başqa olduğu ortadadır. Həmin şəxslərin Azərbaycana qarşı ciddi bir qaralama kampaniyası başlatdığı hesab edirəm. Yəni bu layihəni ilk növbədə iqtisadi proyekt kimi görməyimiz əsas şərtdir.
- Gürcüstan rəhbərliyinin TANAP-ın açılış mərasiminə qatılmamasının səbəbləri nələrdir?
- Gürcüstan rəhbərliyinin açılış mərasiminə qatılıb-qatılmaması o qədər də həssas məsələ deyil. Bu layihə artıq işə düşüb. Gürcüstan bu hadisələrə mənfi, ya da müsbət təsir etmək gücünə sahib deyil. Bu bir beynəlxalq anlaşmadır. Gürcüstan da tranzit ölkə olaraq, bu anlaşmanın içərisində yer alır və heç bir yatırım qoymadan bu layihədə iştirak edir. Tranzit ölkə olaraq, bu layihədən xeyli götürəcək.
- TANAP-ın açılış mərasimində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı da iştirak edirdi. Məsələ burasındadır ki, TANAP Kıbrısdan keçməyəcək. Akınçının bu mərasimdə iştirakına səbəb nə idi?
- Açılışda Ukrayna, Serbiya, xüsusilə Quzey Kıbrıs Türk Cumhuriyyətinin olması bu layihəyə verilən önəmin göstəricisidir. QKTC liderinin mərasimdəki iştirakı və çıxışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsüdür və Ərdoğan bununla bir növ bu ölkəyə dəstək olduqlarını, sahib çıxdıqlarını göstərirdi. Digər tərəfdən Ərdoğan Aralıq dənizində Türkiyəyə qarşı aparılan siyasi alternativ qeyri-qanuni fəaliyyətlərə reaksiya vermək istədi.
- İsrail kəşf etdiyi zəngin qaz resurslarını dünya bazarlarına TANAP üzərindən çıxara bilərmi?
- İsrailin qaz resurslarının ən güvəncli və qısa yolla Avropaya satışının təmin edilməsi Türkiyə üzərindən mümkündür. Çünki boru xətlərinin istismar xərcləri hər zaman çox ucuzdur, tankerlər vasitəsilə daşınması daha baha başa gəlir. Bu səbəblə belə enerji layihələrində boru kəmərlərinin varlığı üstünlük hesab olunur. Bu layihə yalnız Türkiyə-Azərbaycan münasibətlərinə deyil, eyni zamanda, bölgədə bir çox ölkələrin işinə yarıyacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv