Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
SİYASƏT

Paşinyanın şəkil çəkdirdiyi rus qırıcısının göstəriciləri - Video

<b>Paşinyanın şəkil çəkdirdiyi rus qırıcısının göstəriciləri - Video</b>

Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gün öncə Su-30SM qırıcısının kabinəsində çəkdirdiyi fotosunu Feysbuk sosial şəbəkəsində yerləşdirdi

Bunun ardınca Ermənistanın bu təyyarələri almaq üçün 2012-ci ildə yarımçıq saxladığı müzakirələri yenidən aktivləşdirdiyi gündəmə gəldi.
Digər məsələ isə bir ölkənin baş nazirinin başqa ölkənin qırıcısına oturub, şəkil çəkdirməsidir. Belə ki, rəsmi mənbələrə əsasən, Su-30SM Ermənistan ordusunun arsenalında yoxdur. Paşinyanın bu fotonu Erebuni aerodromunda çəkdirib, bu aerodromda isə Rusiyanın 3624-cü aviabazası yerləşir.
Bəs Paşinyanın maraq göstərdiyi bu təyyarələr hansı keyfiyyətlərə sahibdir?
Su-30SM çoxfunksiyalı qırıcıdır. Su-27-nin bazasında hazırlanan qırıcılar 4+ nəslinə aiddir. Su-30SM əsasən hava üstünlüyünün ələ alınması və güclü radarları vasitəsilə kəşfiyyat fəaliyyəti aparmaq üçün nəzərdə tutulur. Eləcə də bu qırıcılar vasitəsilə yerüstü hədəflərə zərbə endirmək mümkündür.
Su-30SM-in taktiki-texniki xüsusiyyətləri:
Ekipaj: 2 nəfər
Uzunluğu: 21.935 m
Qanad uzunluğu: 14.7 m
Hündürlük: 6.36 m;
Qanad sahəsi: 62 m²;
Boş çəki: 17.700 kq;
Yüklü çəki: 24.900 kq;
Maksimal qalxma çəkisi: 34.500 kq;
Daxili yanacağın çəkisi: 9.400 kq;
Maksimal sürət: Mach 2.0 (2120 km/s);
Maksimal uçuş məsafəsi: 3000 kilometr;
Uçuş tavanı: 17.300 metr;
Yüksəkliyə qalxma sürəti: 230 m/s;
Qanad yüklənməsi: 468.3 kq/m² (daxili yanacaq çəni tam dolu olduqda);
Çəkmə gücünün çəkiyə nisbəti: 56% yanacaqla 1.00; tam yanacaqla 0.86.
Bir sıra mətbuat orqanı Su-30SM-in xüsusilə ABŞ-ın F-15E təyyarələrinə cavab olaraq hazırlandığını iddia edirlər. Doğrudur, Su-30SM-lər yüksək manevr imkanlarına sahib olsalar da F-15E-yə bir çox keyfiyyətlərinə görə uduzurlar. Belə ki, F-15E xüsusən sürətinə (Mach 2,5) və döyüş yükünə görə Su-30SM-i üstələyir.
Ruslar bəzən Su-30CM-lərin F-22 Raptor təyyarələri ilə də müqayisə edirlər. Lakin Su-30CM-lər nə qədər yüksək manevr imkanlarına sahib olsalar da, bütün parametrlərdə F-22-lərə uduzurlar. Üstəlik, F-22-lər onun gözə görünməzliyini təmin edən stels texnologiyaları ilə də təchiz ediliblər ki, bu da Su-30SM-lərin onlarla savaş imkanını məhdudlaşdırır.
1992-ci ildən istehsal olunan Su-30 təyyarələri indiyə qədər Rusiya, Venesuela, Hindistan, Çin, Qazaxıstan, Malaziya, Uqanda kimi ölkələrin arsenalında var. Təyyarənin həmçinin Çin, Venesuela, Rusiya və Hindistan üçün nəzərdə tutulan variantları mövcuddur.
Su-30SM isə Rusiya üçün nəzərdə tutulan variantdır. Bu variant 2012-ci ildə istifadəyə verilib.
Bu təyyarələr xüsusilə Suriya müharibəsində sınaqdan çıxarılıb.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv