Son xəbərlər
17 İYUL
16 İYUL
SOSİAL

Deputatdan ilginc təklif: Gedişhaqqı aşağı salınsın...

<b>Deputatdan ilginc təklif: Gedişhaqqı aşağı salınsın...</b>

İctimai nəqliyyatın yer üstündə alternativsiz növü sayılan avtobuslarda oturan qadınlar əllərində yelpiklərlə, kişilər də yelpik götürmək ayıb sayıldığından cib dəsmalları ilə özlərini sərinlədirlər

Bu sözləri millət vəkili Fazil Mustafa ictimai nəqliyyatda kondisioner probleminə münasibət bildirərkən deyib. O təklif edib ki, kondisionerlər işləmədiyinə görə avtobuslarda gedişhaqqı aşağı salınsın:
“Hiss olunur ki, tər hamının dabanından axır. Bəhanə edirlər ki, avtobusların qapıları tez-tez açıldığından soyuducuların işlədilməsi mümkün olmur. 21-ci əsrdir, bəsit bir nəqliyyatda vətəndaşın rahat daşınma problemini çözmək mümkün olmayıb. Avtobuslarda bir neçə sadə sərinkeşlər yerləşdirib çalışdırmaq da mümkün deyil? Əgər sərinkeş də quraşdırılmırsa, o zaman istiyə görə çəkilən əzabın müqabilində birdəfəlik ödənişləri də 50 faiz aşağı salmaq olmazmı? Necə deyərlər, axıdılan tərin əvəzinə qiymət endirimi kampaniyası”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv